Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir N.İsmayılova/ Çərşənbə axşamı Bakıda keçirilmiş Azərbaycan-Belarus biznes-forumu hər iki ölkəyə maliyyə böhranına daha effektli şəkildə üstün gəlməyə kömək edəcək, - Belarusun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nikolay Patskeviç bildirib.
"Belə şəraitdə daha fəal surətdə bu cür görüşlər keçirmək, imkanlar axtarmaq və qarşılıqlı faydalı əsasda yaranmış şəraitdən çıxmaqda bir-birinə kömək etmək lazımdır", - Patskeçiv qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan və Belarusa dünya bazarında yaranmış vəziyyətə daha effektli şəkildə üstün gəlmək üçün birgə səy göstərmək lazımdır.
Forumda 30 Azərbaycan və 11 Belarus şirkəti iştirak edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]