Azərbaycan, Şəki, 25 fevral / Trend , müxbir X.Əkbərova/
Azərbaycanın şimal-qərbində yerləşən Şəki şəhərində (paytaxt Bakıdan 352 km məsafədə) "Rabitəbank"ın Şəki filialının direktoru çərşənbə günü səhər saatlarında inthar edib.
Şəki şəhər Polis İdarəsindən çərşənbə günü verilən məlumata görə, 46 yaşlı Namiq Arif oğlu Musayev Şəki şəhəri, 13-cü rayon, 28 May küçəsi, ev 1 ünvanındakı mənzilində özünü asıb.
Şəki rayon prokuroru Rahib Seyidov çərşənbə günü Trend -a bildirib ki, mərhumun mənzilindən özü tərəfindən yazılan məktub aşkarlanıb. Prokuror istintaq sirri olduğundan, məktubun məzmunu və hadisənin səbəbləri barədə məlumat verməyib.
Faktla bağlı araşdırma aparılır.
"Rabitəbank"ın 18 filialı var. Şəki nümayəndəliyi 2004-cü il fevralın 26-dan fəaliyyət göstərir.
Bankı 6 filialı Bakı şəhərinin müxtəlif rayonlarında fəaliyyət göstərir, 13-ü isə ölkənin bütün iri bölgələrini əhatə edir. Hazırda Rabitabank-ın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şamaxı, Şəki, Kürdəmir, Naxçıvan, Quba, Qusar, Xaçmaz, Şirvan və Ağcabədidə filialları var.
"Rabitəbank" 1993-cü ildən fəaliyyət göstərir. 2008-ci il 31 dekabr tarixinə bankın aktivlərinin həcmi 94 mln. manat, kapitalı isə 15 mln. manat təşkil edib. Bank Depozitlərin Sığortalanması Fondu, Sahibkarlığa Dəstək Milli Fondu və Azərbaycan İpoteka Fondunun üzvüdür.
Fevralın 25-nə olan rəsmi məzənnə 0,8048 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]