...

Qırğızıstan İqtisadi İnkişaf və Ticarət nazirliyində əməli müşavirə keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 05:23 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 3 mart / Trend , müxbir  R.Мəşədihəsənli / Martın 2-də Qırğızıstan İqtisadi İnkişaf və Ticarət nazirliyində nazir Akılbek Japarovun sədrliyi ilə komitə, şirkət, idarə, müəssisə rəhbərləri və mütəxəssis alimlərin iştirakilə əməli müşavirə keçirilib.

Trend müxbirinin də iştirak etdiyi müşavirədə, nazir Japarov kiçik tutumlu elektrik stansiyalarının inşasına dair əcnəbi donor təşkilatları tərəfindən ayrılması nəzərdə tutulan 10 milyon ABŞ dolları dəyərində olan 10 investisiya layihəsinin işində yaxından iştirak etmək üçün bu sahə mütəxəssislərini fəal olmağa çağırdı.

Müstəqil iqtisadçı və maliyyəçi ekspert Ularbek Mateyevun Kioto müqaviləsi çərçivəsində elektrik enerjisinin mühafizəsi texnologiyası yolu ilə nüdcə təşkilatları - nazirlik, idarə, müəssisə, məktəb, xəstəxana və sair qənaət və az məsrəfli lampalardan istifadə üsuluna keçməlidir təklifi müsbət qarşılandı.

Bundan başqa müşavirədə əhaliyə mavi qaz satışının bahalaşmasını nəzərə alaraq, bioqaz qurğularına keçməyin vacibliyi vurğulandı. Bu münasibətlə əhalinin məvacibinə uyğun qiymətlərlə zavod açılması və həmin qurğuların kütləvi istehsalına başlamağın əhəmiyyəti qeyd edildi.

Qırğızıstan İqtisadi İnkişaf və Ticarət nazirliyinin istehsalat müşavirəsində ölkədə yaranmış iqtisadi böhran və sosial vəziyyətlə bağlı geniş fikir mübadiləsi də aparıldı.           

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti