...

İsveçrə Azərbaycana ÜTT çərçivəsində ikitərəfli danışıqlara başlamağı təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir İ.Xəlilova /

"İsveçrə Azərbaycan hökumətinə AR-nın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı ikitərəfli danışıqlara başlamaq təklifi ilə müraciət edib", - cümə axşamı danışıqlar qrupunun rəhbəri, Azərbyacan XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev deyib.

"İsveçrə Azərbaycan tərəfindən kənd təsərrüfatı və sənaye mallarına təyin edilən gömrük tariflərinə ciddi dəyişiklik - demək olar ki, iki-üç dəfə aşağı salınmasını təklif edir", - Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, ÜTT-nin digər üzv ölkələri də danışıqlar zamanı tariflərin aşağı salınmasını təklif edirlər, ancaq hazırda gömrük rüsumunun maksimal dərəcəsinin 15 faiz olduğunu nəzərə alaraq, müvafiq olaraq Azərbaycanın təklif etdiyi baum-tariflər (idxal rüsumlarının maksimal mümkün səviyyəsi) gözlənilməz hadisələr halında yerli istehsalın müdafiəsi üçün nəzərdə tutulub.

Azərbaycanın danışıqlara yenicə başladığı Norveç, Şri-Lanka və Hindistan da hökumət tərəfindən sonuncu dəfə təklif edilən baum-tarifləri aşağı salmağı təklif edirlər.

"Hazırda Azərbaycan ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Avropa İttifaqı, Norveç, Hindistan, Cənubi Koreya, Tayvan ilə danışıqlar prosesindədir. Bu ölkələrin siyahısı getdikcə genişlənir və ölkələrdən hansısa biri ilə aparılan danışıqların bitməsi haqda danışmaq hələ tezdir", - nazir müavini hesab edir.

ÜTT üzv ölkələri Azərbaycan tərəfinin ticarət rejimi və xidmət bazarını liberallaşdırmasında israr etməkdə davam edirlər. O cümlədən, birbaşa filiallar açılması yolu ilə bank və sığorta bazarına 100 faizlik xarici kapitalla törəmə strukturların yaradılması yolu ilə daxil olmağın mümkünlüyünün təmin edilməsi ilə bağlı tələblər də qüvvədə qalır.

Bu gün Türkiyə, Oman Sultanlığı və Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar yekunlaşıb və protokollar imzalanıb. Azərbaycan sənədi nəzərdən keçirən Moldova ilə də protokol imzalama mərhələsindədir. Bununla yanaşı, Qırğızıstan və Gürcüstandan da razılıq alınıb və bu prosedur hökumətlərarası komissiyanın növbəti iclasında baş tuta bilər.

Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi kimi təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti