...

Azərbaycan ÜTT çərçivəsində qurumun üç üzvündən kənd təsərrüfatı üzrə təklif alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir İ.Xəlilova /

Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv ölkələr Azərbaycana kənd təsərrüfatı üzrə təkliflər göndərməyə başlayıblar və ilk olaraq Kanada, ABŞ və Avropa İttifaqı təklif göndərib. Bu barədə cümə axşamı danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Görülən işlər barədə hesabatın (factual summary) hazırlanması çərçivəsində ÜTT-nin işçi qrupu ilə keçirilən görüşlərin altıncı raundu zamanı mal və xidmələr üzrə danışıqlar aparılıb, lakin ÜTT Katibliyinin xahişi ilə kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlar bu il təxirə salınıb.

Bu danışıqların təxirə salınmasının səbəbi Doha raundu çərçivəsində keçirilən ÜTT-yə üzv ölkələrin nazirlərinin görüşünə hazırlıq işlərinin aparılmasıdır. Çünki kənd tsərrüfatı üzrə bütün ekspertlər ticarət nazirlərinin görüşünün hazırlanmasına cəlb ediliblər.

"Kanada, ABŞ və Avropa İttifaqının təklifləri daha çox texniki mahiyyət daşıyır, lakin onların arasında bizim maraqlarımıza cavab verməyən təkliflər də var. Azərbaycanın isə mövqeyi ÜTT-yə inkişaf edən ölkə kimi daxil olmaqdır. Bu respublikanın yerli istehsalın dəstəklənməsi üçün daha münasib şərait əldə etməsinə imkan yaradacaq", - deyə Məmmədquliyev bildirib.      

Azərbaycan üçün bu mövqeyi yenidən almaq çətindir, çünki "bütün keçmiş Sovet ölkələri ÜTT-yə inkişaf etmiş ölkələr kimi daxil olub, müvafiq olaraq, ilk öncə bu streotipi qırmaq lazımdır".

"Azərbaycan kənd təsərrüfatının inkişafına ehtiyac duyur, buna görə də danışıqlar zamanı biz dövlətin maraqlarını müdafiə etməyə çalışırıq", - deyə nazir müavini bildirib.

ÜTT-yə üzv ölkələrin kənd təsərrüfatı üzrə təkliflərinin hamısını təhlil etdikdən sonra bu istiqamətdə ayrıca görüşün keçirilməsi nəzərdə tutulur.

"Biz digər məsələlər üzrə də hazırlaşa biləriksə [ticarət rejimi və bazar xidməti sahəsində], kənd təsərrüfatı üzrə təkliflər çoxtərəfli danışıqların yeddinci raundu çərçivəsində ediləcək", - deyə Məmmədquliyev bildirib.

Əvvəlki görüş dekabrın 11-də Cenevrədə keçirilib.

İclasda işçi qrupunun məruzə layihəsinin hazırlanması, həmçinin 2009-cu ilin birinci yarısında işçi qrupun yeddinci iclasının keçirilməsi ideyaları dəstəklənib.

"Biz üzv ölkələrin suallarına nə qədər tez cavab hazırlasaq, növbəti görüş də bir o qədər tez təyin olunar. Bununla yanaşı, Bakı, Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsində müddətə deyil, keyfiyyətə üstünlük verir".

Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi statusunda təmsil olunur. Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının qiymətləndirməsinə görə proqramın üzv ölkələri 2013-cü ilədək ÜTT-yə daxil olacaq. Bu gün CAREC-in səkkiz ölkəsindən üçü - Çin, Qırğızıstan və Monqolustan artıq ÜTT-nin üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti