...

Azərbaycan Milli Bankı korporativ idarəetmənin tətbiqi çərçivəsində proqram həyata keçirməyə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2009 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir N.İsmayılova /

Azərbaycan Milli Bankı (AMB) banklarda korporativ idarəetmə sisteminin tətbiqi məqsədi ilə testlər keçirəcək və Azərbaycan banklarının əməkdaşlarına təlimlər verəcək. Bu barədə cümə axşamı Beynəlxalq Maliyyə Korporasiyaının (BMK) ölkənin banklarında korporativ idarəetmə təcrübəsinin tətbiqi istiqamətində keçirilən seminarında çıxış edən AMB-nin Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin başçısı Fətulla Ələkbərov bildirib.

"AMB Azərbaycan banklarında korporativ idarəetmə standartlarının tətbiqində maraqlıdır və bunu dəstəkləyir, - deyə Ələkbərov bildiribən, - bu ildən etibarən AMB xarici ekspertlər tərəfindən Azərbaycanın bank heyətlərinin təlimatlandırılması istiqamətində tədbirlər həyat keçirəcək".

Bank sektorunda heyətlərin təlimatlandırılması və sınaqdan keçirilməsi 3 il planlaşdırılıb. AMB, həmçinin menecment riskləri sahəsində bank əməkdaşlarının sınaqdan keçirilməsi və təlimləndirilməsini həyata keçirir.

Ələkbərovun sözlərinə görə, korporativ idarəetmə sisteminin səmərəliliyi ildən ilə artır. Korporativ idarəetmə qaydaları AMB tərəfindən 2004-cü ildə tətbiq edilib.

BMK 2005-ci ildən etibarən banklarla yanaşı, real sektorun nümayəndələrinə korporativ idarəetmə təcrübəsinin tətbiqində kömək məqsədi ilə Azərbaycanda korporativ idarəetmə layihəsini həyata keçirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti