...

Azərbaycan və Rusiya audit sahəsində əməkdaşlıq barədə razılığa gəliblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2009 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Auditorlar Palatası Rusiyanın auditorları ilə əməkdaşlıq sahəsində əvvəlcədən imzalanmış müqavilələri yeniləyib. Bu barədə bazar ertəsi palatanın sədri Vahid Novruzov bildirib.  

"Müqavilələrin yenilənməsi bu gün həyata keçirilib", - deyə Novruzov bildirib.

Onun sözlərinə əsasən, müqavilənin yenilənməsinin əsas məqsədləri rusiyalı həmkarların təcrübələrinin daha geniş şəkildə öyrənilməsi, beynəlxalq audit standartlarının tətbiqinə dəstək verilməsi, həmçinin beynəlxalq standartların tərcüməsində təcrübə mübadiləsidir.

"Qarşılıqlı əməkdaşlıq haqqında növbəti müqavilə aprelin sonunda Ruminiyanın Maliyyə və Auditorlar Palatası ilə imzalanacaq", - deyə Novruzov bildirib.  

Bütün bu işlər beynəlxalq audit standartlarının səmərəli tətbiqi üçün əcnəbi həmkarların təcrübələrinin öytənilməsi məqsədilə həyata keçirilir. "Buna tamamilə keçid isə üçüncü kvartalda baş tutacaq", - deyə Novruzov qeyd edib.

Onun sözlərinə əsasən, hazırda beynəlxalq standartların Azərbaycan dilinə tərcümə işləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti