...

"Azərsu" Bakının su təminatını yaxşılaşdırmaq məqsədilə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2009 15:43 (UTC +04:00)

Azərbaydcan, Bakı, 01 may / Trend /

"Azərsu" SC (içməli su satıcısı və bölüşdürücüsü) Bakıda su təminatı sisteminin inşası və yenidənqurulması çərçivəsində 2009-cu ildə tikinti-montaj işlərinin aparılması üçün tender elan edib. Bu barədə "Azərsu" SC-nin rəsmi açıqlamasında deyilir.

Tenderə 4 lot daxildir - məhəllədaxili su şəbəkəsi, su anbarı və Bakının nasos stansiyalarının inşası, "Şərq" su anbarı və nasos stansiyasının yenidənqurulması, Bakının "Qaraçuxur" su anbarının yenidənqurulması. 

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə 300 manat ödəməlidirlər. Tender təklifləri iyunun 16-dək "Azərsu"da qəbul ediləcək. Tender proseduru iyunun 17-də baş tutacaq.

İnşaat-yenidənqurma işləri 2009-cu ilin sonunadək tamamlanmalıdır.

Xəbər lenti

Xəbər lenti