...

Acariyaya 300 minə yaxın insanın istirahət üçün gələcəyi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2009 16:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 iyul / Trend , müxbir N.Kirsxaliya /

Acariyanın Turizm və kurort üzrə departamenti cari ildə 300-320 min nəfərin istirahət üçün gələcəyini gözləyir. 

"Proqnozlarımıza əsasən, cari ildə Acariyaya istirahətə əsasən yerli qonaqlar, Türkiyə, Azərbaycan və Ermənistandan turistlərin gəlməsi gözlənilir", - Turizm və kurort üzrə departamentin rəis müavini Beka Cakeli bildirib.

Onun sözlərinə əsasən, cari ildə əsas tələbat Qara dəniz kurortları, xüsusilə Kobuleti və Batumiyə, dağ kurortlarından isə Borjomi, Surami, Bakurianiyədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti