...

Azərbaycan bankı AGBank yeni xidmət təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend /

"Azərbaycan bankı AGBank müştərilərinə yeni xidmət - SMS-Info təklif edib", - bankın cümə günü yayılmış məlumatında deyilir.

Bundan sonra AGBank müştərilərinə bu operativ xidmətdən yararlanmaq üçün Azercell-ə müraciət etmək, SIM-kartını dəyişmək lazım gəlməyəcək. Azercell nömrə sahiblərinə sadəcə bankomatdakı PİN kodu telefonda təsdiqləmək yetərli olacaq. Sistemə qoşulandan sonra abunəçinin nömrəsinə SMS göndəriləcək və xidmət avtomatik olaraq fəallaşdırılacaq.

"SMS-Info" xidmətinin dayandırılması üçün müştərinin AGBank-ın istənilən filial və ya şöbəsinə müraciəti lazımdır.

"SMS-Info" xidməti bankın bütün müştərilərinə gündəlik, 24 saat ərzində son əməliyyatlar, hesabındakı vəsaitlərin yerdəyişməsi barədə məlumatlar almaq imkanı qazandırır.

AGBank xidmətlərinin çeşidini təkmilləşdirmək niyyətindədir. Təsadüfi deyil ki, 2008-ci ildə o, Brand Award Azerbaijan tərəfindən müəyyən edilən "Bank sahəsində ən yaxşı brend" nominasiyasında qalib adını qazanıb.

Xəbər lenti

Xəbər lenti