...

Azərbaycanda daxili turizmi sığortalamaq sərfəli deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2009 17:16 (UTC +04:00)
Azərbaycanda daxili turizmin sığortalanması bu kimi polislərin (sığorta vəsiqəsi) satışının əhəmiyyətli dərəcədə artımı nəticəsində inkişaf edə bilər.

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda daxili turizmin sığortalanması bu kimi polislərin (sığorta vəsiqəsi) satışının əhəmiyyətli dərəcədə artımı nəticəsində inkişaf edə bilər. Bu barədə bazar ertəsi Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Agentlyinin başçısı Namiq Xəlilov bildirib.

"Hazırda Azərbaycanda sığortanın bu növü kifayət qədər inkişaf etməyib və bu, elə də böyük gəlir gətirmir", - deyə Xəlilov bildirib.

Onun sözlərinə görə, əgər daxili turizm üçün sığorta polisi altı manatadır və bunun üçün kağız xərcləri iki manata başa gəlir ki, bu da xeyli çoxdur.

"Azərbaycanda turizmin sığortalanması sığortaçıların cəlb edilməsi üçün əsasən marketinq xarakteri daşıyır", - Xəlilov deyib.

Daxili turizmin sığortalanması məcburi deyil, ölkə xaricinə çıxanlar üçün isə məcburidir. Bu kimi polisin orta qiyməti məsafədən və təklif olunan xidmətlərdən asılı olaraq 50 manat təşkil edir.

Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir. Azərbaycanın Maliyyə Nazirliyinin məlumatlarına əsasən, yanvar-aprel aylarında onlar 58,46 milyon manat sığorta haqqı əldə edib, ödənişlər isə 15,23 milyon manat təşkil edib.

İyulun 20-ə olan rəsmi məzənnə 0,8041 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti