...

Türkmənistan və Rumıniya ikiqat vergiqoymanın baş verməməsinə dair konvensiyanı ratifikasiya ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 19:50 (UTC +04:00)
Türkmənistan və Rumıniya ikiqat vergiqoymanın baş verməməsi, gəlirə və kapitala vergi ilə əlaqədar xəzinəyə müdaxilənin qarşısının alınması üçün hökumətlərarası konvensiyanın ratifikasiyası barədə fikir mübadiləsi aparıblar.

Türkmənistan, Aşqabad, 23 iyul / Trend , müxbir H.Həsənov /

Türkmənistan və Rumıniya ikiqat vergiqoymanın baş verməməsi, gəlirə və kapitala vergi ilə əlaqədar xəzinəyə müdaxilənin qarşısının alınması üçün hökumətlərarası konvensiyanın ratifikasiyası barədə fikir mübadiləsi aparıblar. Bu barədə rəsmi türkmən mənbəsi məlumat verib.

Mərasim Rumıniya Prezidenti Trayan Beseskunun Aşqabada bu yaxınlarda başa çatan səfəri çərçivəsində keçirilib.

İki ölkə nəqliyyat və turizm sahəsində əməkdaşlıq imkanlarının olması barədə razılığa gəliblər. Xüsusilə də Rumıniyanın Qara dənizdəki Konstans limanı ilə Türkmənistanın Xəzər dənizindəki Türkmənbaşı limanı arasında nəqliyyat dəhlizi təşkil etmək barədə razılığa gəliblər.

"Rumıniyalı dostlarımızın bu sahədə öz turizm infrastrukturlarını inkişaf etdirən, Türkmənistan üçün maraq kəsb edən böyük təcrübəsi var", - Türkmənistan Prezidetni Qurbanqulu Berdimuhammedov Besesku ilə görüşdə deyib.

İqtisadi əlaqənin prioritetləri kimi yanacaq-energetika kompleksi, telekommunikasiya, inşaat, toxuculuq sənayesi də göstərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti