...

Azərbaycanın sığorta şirkəti hələ ki digər ölkələrin bazarına çıxmağı planlaşdırmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 13:00 (UTC +04:00)
"Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri - Az Sigorta ölkə xaricində filialların açılmasına ehtiyac görmür", - şirkətin İdarə Heyətinin sədri Xəyal Məmmədxanlı deyib.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir Ü.İsmayılova, İ.Хəlilova /

"Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri - Az Sigorta ölkə xaricində filialların açılmasına ehtiyac görmür", - şirkətin İdarə Heyətinin sədri Xəyal Məmmədxanlı deyib.

"Bizim ölkə xaricində filial açmaq haqda danışmağımız hələ tezdir", - Məmmədxanlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda inkişaf üçün böyük potensial var, regionlarda sığortalama demək olar ki, inkişaf etməyib.

Məmmədxanlının sözlərinə görə, dünyada 100-ə yaxın sığorta növü var və fəal şəkildə fəaliyyət göstərir, ancaq Azərbaycanda onlardan yalnız 15-16-sı işləyir. "Bu, başqa ölkələr çıxmaq üçün çox azdır", - Məmmədxanlı əlavə edib.

Az Sigorta ölkənin sığorta bazarında 2006-cı ilin noyabr ayının 22-dən etibarən fəaliyyət göstərir. Hazırda ölkənin müxtəlif regionlarında şirkətin 8 filialı, həmçinin 40 regional nümayəndəliyi fəaliyyət göstərir. Az Sigorta üçü icbari olmaqla, 28 növ sığorta xidməti göstərir. İlin birinci yarısının nəticələrinə görə, şirkətin haqqları 5,56 milyon manat, ödəmələri 1,95 milyon manat təşkil edib.

İyulun 24-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti