...

Birinci yarımildə qeyri-neft sektoru üzrə manatın nominal effektiv məzənnəsi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2009 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir N.ismayılova /

2009-cu ilin birinci yarımilində ümumi ticarət dövriyyəsində manatın nominal effektiv məzənnəsi (NEM) 0,5 faiz, idxalda 1,7 faiz  artıb, ixracda isə 0,5 faiz ucuzlaşıb. Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

May ayına nisbətdə müvafiq olaraq 2,3, 2,3 və 2,2 faiz ucuzlaşıb.  

AMB-ın hesablamalarına əsasən, 2008-ci ilin sonuna nisbətdə yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə NEM ümumi ticarət dövriyyəsində 3,7 faiz , ixracda 5,5 faiz,  idxalda isə 3,3 faiz artıb. Ötən aya nisbətdə müvafiq olaraq 2, 2,1 və 2 faiz  ucuzlaşıb.

İyulun 31-ə olan rəsmi məzənnə 0,8043 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti