...

Azərbaycanda sertifikatlaşdırma təşkilatının fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2009 19:41 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avqustun 11-də "Bureau Veritas Azeri" MMC-nin ölkədə sertifikatlaşdırma orqanı kimi fəaliyyətinin razılaşdırılmasından imtina edib.

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir N.İsmayılova /

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avqustun 11-də "Bureau Veritas Azeri" MMC-nin ölkədə sertifikatlaşdırma orqanı kimi fəaliyyətinin razılaşdırılmasından imtina edib. Bu barədə çərşənbə axşamı Dövlət Komitəsindən yayılan məlumatda deyilir.

Dövlət Komitəsinin müşahidələri nəticəsində "Bureau Veritas Azeri" MMC-nin fəaliyyətində İSO 9001:2000 standartının tələblərinin kobud surətdə pozulması, beynəlxalq və milli sertifikatlaşdırma sisteminin tələblərinə uyğun rəhbəredici sənədlərin olmaması aşkar edilib. Bu sənədlər İSO/MEK 17021 standartı üzrə sertifikatlaşdırılan təşkilatlarda KİS-in (keyfiyyətli idarəetmə sistemi) qiymətləndirilməsi zamanı sertifikatlaşdırma orqanı kimi fəaliyyət göstərməsi üçün lazımdır.

Bununla əlaqədar olaraq Dövlət Komitəsi "Bureau Veritas Azeri" MMC-nin sertifikatlaşdırma orqanı kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyətinin razılaşdırılmasından imtina edib və bu fəaliyyət qanunsuz hesab edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti