...

"Bank of Azerbaijan" KÖMİS vasitəsilə kommunal ödənişlərin qəbuluna başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2009 17:20 (UTC +04:00)
Bank of Azerbaijan" KÖMİS (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) vasitəsilə kommunal ödənişlərin qəbuluna başlayıb. KÖMİS Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunub, fiziki və hüquqi şəxslərin elektirk enerjisi, qaz və su xərcləri ödənişinin qəbuluna imkan verir.
"Bank of Azerbaijan" KÖMİS vasitəsilə kommunal ödənişlərin qəbuluna başlayıb

Azərbaycan, Bakı, 28 avqust / Trend /

"Bank of Azerbaijan" KÖMİS (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) vasitəsilə kommunal ödənişlərin qəbuluna başlayıb", - bankın cümə günü yayılan məlumatında deyilir.

KÖMİS Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunub, fiziki və hüquqi şəxslərin elektirk enerjisi, qaz və su xərcləri ödənişinin qəbuluna imkan verir.

Müştəri ödənişin aparılması üçün yeni sistemdə qeydiyyatdan keçməlidir. Müştəri qeydiyyatdan keçmək məqsədi ilə banka müraciət edərək, müvafiq kommunal xidmətləri tərəfindən verilmiş abonent kodlarını və şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Qeydiyyatdan keçdikdən sonra müştəriyə bütün abonent kodları üçün vahid bir qeydiyyat kodu göstərilmiş blank veriləcək.

KÖMİS vasitəsilə kommunal ödənişlər "Bank of Azerbaijan"-ın bütün filiallarında qəbul olunur.

Əsası 1993-cü ildə qoyulmuş "Bank of Azerbaijan"-ın nizamnamə kapitalı 15 milyon manat təşkil edir, ümumi bank aktivlərinin həcmi isə 127 milyon manatdan çoxdur. Hazırda "Bank of Azerbaijan" ipoteka kreditini vermək hüququna malik olan 18 yerli bankın sırasına daxildir.

Avqustun 28-nə olan rəsmi məzənnə 0,8039 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti