...

Azərbaycanda yanvar-avqust aylarında neft və qaz məhsullarının daşınması artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2009 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend /

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında Azərbaycanın nəqliyyat sektorunda 122 milyon ton müxtəlif yük daşınıb ki, bu da keçənilki göstəricidən 2,1 faiz çoxdur.

Daşınan yüklərin 72,9 faizi özəl sektorun payına düşür. Yanvar-avqustda yüklərin ümumi həcminin 47,8 faizi avtomobil nəqliyyatı ilə, 34,1 faizi boru kəməri ilə, 11 faizi dəmiryol ilə, 7,1 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.

Yanvar-avqust aylarında sərnişin nəqliyyatı ilə 858,9 milyon sərnişin daşınıb ki, bu da 2008-ci ildəki analoji dövr göstəricisindən 7,4 faiz çoxdur. Sərnişindaşımanın 83,1 faizi özəl sektorun payına düşür. Sərnişinlərin əsas hissəsi avtomobil nəqliyyatı ilə (83,1 faiz) və metro ilə (16,3 faiz) daşınıb.

Dəmiryol nəqliyyatı ilə 8,7 milyon ton müxtəlif yük daşınıb. Keçən il bu göstərici 14,8 faiz olub.

Dəniz nəqliyyatı ilə 8,7 milyon ton müxtəlif yük daşınıb ki, bu da ötən ilin yanvar-avqust aylarından 14,8 faiz çoxdur. Daşınan yüklərin ümumi həcminin 74,6 faizi neft və neft məhsullarının, 24,5 faizi isə quru yüklərin payına düşür. Daşınan yüklərin ümumi həcmi beynəlxalq əməliyyatların payına düşür. Yanvar-avqust aylarında Azərbaycan limanlarında emal edilmiş yüklərin həcmi 3,3 milyon ton təşkil edir.

Avtonəqliyyatla 58,3 milyon ton yük daşınıb ki, bu da 2008-ci ilin yanvar-avqust aylarından 6,3 faiz çoxdur. Sərnişindaşımanın həcmi 7,1 faiz artımla 713,9 milyon nəfər təşkil edib. Sərnişinlərin 96,6 faizi avtobusla, 3,4 faiz isə minik avtomobili ilə daşınıb.

Metropolitenlə sərnişindaşımanın həcmi 9,2 faiz artaraq 140 milyon nəfər təşkil edib.

Yanvar-avqust aylarında hava nəqliyyatı ilə 724,1 min sərnişin daşınıb ki, bunun da 9,8 faizi özəl sektorun payına düşüb.

Yanvar-avqustda magistral neft kəmərləri ilə 33,7 milyon ton neft nəql edilib. 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 31,2 milyon olub. Nəqliyyatın 75,6 faizi "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin payına düşür. Yanvar-avqustda bu boru kəmərindən 25,5 milyon ton neft daşınıb. Keçən il bu göstərici 23,5 milyon ton olub.

Yanvar-avqustda qaz boru kəmərləri ilə 7,9 milyard kubmetr qaz nəql edilib. Bu göstərici 2008-ci ildən 11,3 faiz çoxdur. 3,6 milyard kubmetr qaz Cənubi Qafqaz qaz kəməri ilə nəql edilib. Ötən il isə bu qaz kəmərindən 3 milyard kubmetr qaz nəql edilib.

Azərbaycan ərazisi üzərindən Avrasiya nəqliyyat dəhlizi üzrə 2009-cu ilin yanvar-iyul aylarında 24,5 milyon ton yük və 117 milyon sərnişin daşınıb.

Xəbər lenti

Xəbər lenti