...

Bakının təkrar mənzilləri 2,2 faiz ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2009 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Noyabrda Bakının təkrar mənzil bazarında əmlakın ekspozisiya müddəti daha 4,4% artaraq 141 günə çatıb. Bu barədə bazar ertəsi "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

"Keçən ay təkrar bazarda təkliflərin sayı 4,3% azalaraq 3141 ədədə çatıb", - İbrahimov deyib.

Bakının təkrar mənzil bazarı portfelinin böyük hissəsini 2 otaqlı mənzillər təşkil edir - 37,2%

Alqı-satqı üzrə sazişlərin bağlanması dinamikası isə keçən ay 5,1% azalaraq 579 ədədə çatıb.

"Bakının təkrar mənzil bazarında bir kvadratmetrin orta qiyməti 2,2% azalaraq 1348 dollara çatıb", - İbrahimov deyib. 2008-ci ilin dekabr ayında və 2009-cu ilin yanvar ayında təkrar mənzil bazarında bir kvadratmetrin orta qiyməti 1687 dollar, 2009-cu ilin fevral ayında 1605 dollar, fevral-aprel aylarında 1519 dollar, may-sentyabr aylarında 1371 dollar, oktyabr-noyabr aylarında isə 1348 dollar təşkil edib.

Noyabrda təkrar mənzil bazarında yeni tikililərin qiyməti 1298 dollar təşkil edib. Xüsusi layihəli evlər 1261 dollar, Leninqrad layihəli - 1278 dollar, "stalinka" layihəli - 1610 dollar, eksperimental layihəli - 1546 dollar, "xruşovka" layihəli - 1296 dollar, arxitektur layihəli - 1831 dollar, Kiyev layihəli - 1136 dollar, alman layihəli - 1171 dollar, fransız layihəli - 1210 dollar, Minsk layihəli - 1298 dollar, italyan layihəli mənzillərin bir kvadratmetrinin qiyməti isə 986 dollar olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti