...

Azərbaycan rieltorları bilik səviyyələrini artıracaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2010 14:42 (UTC +04:00)
Bakı Rieltorlar Assosiasiyası ölkədə fəaliyyət göstərən rieltorlar üçün treninqlərin keçirilməsinə hazırlaşır. Bu barədə assosiasiyanın icraçı direktoru Elnur Azadov çərşənbə günü məlumat verib.

Azərbaycan, Bakı, 24 fevral / Trend , Ü.İsmayılova/

Bakı Rieltorlar Assosiasiyası ölkədə fəaliyyət göstərən rieltorlar üçün treninqlərin keçirilməsinə hazırlaşır. Bu barədə assosiasiyanın icraçı direktoru Elnur Azadov çərşənbə günü məlumat verib.

"Treninqlərin proqramı martda hazır olacaq", - Azadov bildirib.

Onun sözlərinə görə, assosiasiya təlimçi qismində yüksək keyfiyyətli mütəxəssislərin cəlb olunmasını planlaşdırır.

Azadovun sözlərinə görə, assosiasiya ölkənin daşınmaz əmlak bazarında peşəkarlığın səviyyəsinin artırılması məqsədilə assosiasiya üzvü olmayan rieltorların öyrədilməsi üzrə tədbirlər keçirəcək.

Bakı Rieltorlar Assosiasiyası ölkənin regionlarında rieltor fəaliyyətinin inkişafına dair planlara malikdir. Bununla əlaqədar hazırda assosiasiyanın adının dəyişdirilməsi üzrə iş aparılır. Bu gün ölkə regionlarının daşınmaz əmlak bazarında bu sahənin peşəkar inkişafına böyük tələbat var.

Assosiasiya həmçinin ölkənin daşınmaz əmlak bazarı üzrə statistik məlumatların aparılması məqsədilə assosiasiya üzvlüyünə qəbul üçün regional rieltorları cəlb etmək niyyətindədir.

Assosiasiyanın təsisçiləri MBA Group konsaltinq şirkəti, "New Europe" və "Baki Emlak" rieltor şirkətləridir. Assosiasiya 2008-ci ilin oktyabrında Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Assosiasiyanın əsas vəzifələri Azərbaycanda rieltor fəaliyyəti funksiyalarının standartlarını müəyyən etmək, xüsusi peşəkar hazırlıq mərkəzi yaratmaq, həmçinin rieltorların sertifikatlaşdırılması sistemini tətbiq etməkdir.

Xəbər lenti

Xəbər lenti