...

Bakının tikinti materialları bazarı il ərzində ucuzlaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2010 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Ü.İsmayılova/

Fevralda Bakının tikinti materialları bazarında qiymətlər 1,3 faiz ucuzlaşıb. Bu barədə şənbə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib. Qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 29,7 faiz düşüb.

Yerli istehsal olan tikinti materiallarının payı 53,9 faiz təşkil edib.

Fevralda təşkilatın mütəxəssisləri 38 adda 89 növ inşaat materialı üzrə monitorinq keçirib. Onlardan 12 növünün qiymətləri azalıb, 7 növün qiyməti isə artıb. Qalan 70 növün qiyməti sabit qalıb.

Fevralda armaturun qiyməti 2,56 faiz, boru 1,13 faiz, plastik boru 0,37 faiz, izolyasiya materialları 3,45 faiz, şüşə 0,53 faiz, bitum 11,11 faiz ucuzlaşıb.

Şveler 5,08 faiz, dəmir təbəqə 15,07 faiz, sink təbəqə - 1,78 faiz, laminat parketin qiymətində 0,87 bahalaşma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti