...

Azərbaycanın Kredit İttifaqları Assosiasiyası daha bir beynəlxalq təşkilatın üzvü olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2010 19:44 (UTC +04:00)
Martın 17-də Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyası İdarə Heyətinin Hindistanda keçirdiyi 69-cu illik toplantıda Azərbaycan Kredit İttifaqları Assosiasiyasının bu quruma üzv olması rəsmən təsdiqlənib.
Azərbaycanın Kredit İttifaqları Assosiasiyası daha bir beynəlxalq təşkilatın üzvü olub

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Martın 17-də Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyası (ACCU) İdarə Heyətinin Hindistanda keçirdiyi 69-cu illik toplantıda Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) bu quruma üzv olması rəsmən təsdiqlənib. Bu barədə AKİA-nın bazar ertəsi yayılan məlumatında deyilir.

Bununla bağlı olaraq AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bu dəvəti qəbul edərək konfransda ACCU-nun üzvü kimi çıxış edəcək.

Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyası (ACCU) kredit ittifaqlarının beynəlxalq təşkilatı kimi 1971-ci il aprelin 28-də təsis edilib. ACCU Asiyanın 26 ölkəsinin 20,5 milyona yaxın üzvü olan 16 mindən çox kredit ittifaqlarına və 17 filial şəkilində fəaliyyət göstərən təşkilatlara xidmət göstərir. ACCU təşkilatının qərargahı Taylandın Banqkok şəhərində yerləşir. Təşkilatın əsas məqsədi Asiya ölkələrində yerləşən kredit ittifaqlarının cəmiyyətin sosial-iqtisadi inkişafında güclü fəaliyyət göstərməsinə və genişlənməsinə yardım göstərməkdən ibarətdir.

Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) 2003-cü ildə yaradılıb. AKİA kredit ittifaqlarının (Kİ) həm regional, həm də beynəlxalq səviyyələrdə genişləndirilməsi, yeni Kİ-lərin yaradılmasında birgə fəaliyyət, Kİ-nin işinin yaxşılaşdırılması, Kİ-nin üzvləri üçün təlimlərin keçirilməsi, Kİ-nin donor təşkilatlarla əlaqələrinin yaradılması, habelə onların hüquqlarının qorunması və s. kimi məqsədləri qarşısına qoyur.

Xəbər lenti

Xəbər lenti