Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteni cari ilin iyun ayında "Məşədi Əzizbəyov" stansiyasında yenidənqurma və modernləşdirmə işləri həyata keçirməyi planlaşdırır. Bu barədə çərşənbə günü Bakı Metropolitenindəki mənbə bildirib.
"Məşədi Əzizbəyov" metrostansiyasında yenidənqurma işlərinə cari ilin yayında, daha dəqiq desək, iyun ayında başlamaq planlaşdırırlır. Burada əsaslı yenidənqurma işləri aparılacaq", - mənbə deyib.
Bak Metropoliteninin rəhbəri Tağı Əhmədovun daha əvvəl dediyi kimi, stansiyada yenidənqurma işlərinin cari ilin sonuna - gələn ilin əvvəlinə kimi başa çatdırılması planlaşdırılır.
"Məşədi Əzizbəyov" stansiyası 1972-ci ildən fəaliyyət göstərir.
Metronun çıxışı hündürlüyü 26 metr olan şuşə piramida şəklində olacaq. Stansiyada yenidənqurma işlərinin aparılması üçün dövlət büdcəsindən altı milyon manat ayrılıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir, 22 stansiyası var.