Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir N.İsmayılova/
Milli valyutada depozitlər üzrə orta faiz dərəcəsi 2010-cu il aprelin 1-nə 11,40% təşkil edib. Bu göstərici martın 1-də 11,30%, 2009-cu il aprelin 1-də isə 11,46% təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında deyilir.
Xarici valyutada depozitlər üzrə orta faiz dərəcəsi müvafiq olaraq 11,09%, 10,09% və 11,28% təşkil edib.
Yerli valyutada fiziki şəxslərin depozitləri üzrə orta faiz dərəcəsi aprelin 1-nə 13,09%, martın 1-nə 13%, 2009-cu il aprelin 1-nə isə 12,41% təşkil edib. Xarici valyutada fərdi müştərilərin depozitləri üzrə orta faiz dərəcəsi müvafiq olaraq 12,58%, 12,54% və 12,62% təşkil edib.
Yerli valyutada hüquqi şəxslərin depozitləri üzrə orta faiz dərəcəsi aprelin 1-nə 5,36%, martın 1-nə 5,60%, 2009-cu il aprelin 1-nə isə 9,19% təşkil edib. Xarici valyutada korporativ müştərilərin depozitləri üzrə orta faiz dərəcəsi müvafiq olaraq 5,88%, 5,92% və 6,78% olub.