Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Vergilər Nazirliyi Budapeştdə keçirilən Avropa Ticarət Registrləri Forumunun (ECRF) Baş Assambleyasının 13-cü illik konfransında iştirak edib. Bu barədə "Vergilər" qəzeti məlumat verib.
Baş Assambleyanın gündəliyi çərçivəsində Azərbaycanın Vergilər Nazirliyinin üzvlüyü məsələsinə baxılıb. Nazirliyin üzvlüyü 28 üzv ölkə tərəfindən dəstəklənib. Məlumatda qeyd edildiyinə görə, bu, Avropa ölkələrinin ticarət registrləri ilə effektiv əlaqələr yaratmağa imkan verəcək və beynəlxalq standartların tələblərinə əsasən registr sisteminin inkişafında mühüm rol oynayacaq.
Azərbaycanın Vergilər Nazirliyinin nümayəndə heyəti Böyük Briytaniya, BƏƏ və Avropanın biznes-registr nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə əsas məqsəd registr sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi olub.