...

Azərbaycanda iyun ayında vergi qanunvericiliyinin pozulması ilə bağlı 2998 fakt aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2010 19:20 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyinin həyata keçirdiyi operativ nəzarət tədbirləri nəticəsində vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin pozulması ilə bağlı 2998 fakt aşkar edilib.
Azərbaycanda iyun ayında vergi qanunvericiliyinin pozulması ilə bağlı 2998 fakt aşkar olunub

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Vergilər Nazirliyinin həyata keçirdiyi operativ nəzarət tədbirləri nəticəsində vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin pozulması ilə bağlı 2998 fakt aşkar edilib. Bu barədə nazirliyin məlumatında deyilir.

Belə ki, 2010-cu ilin iyun ayı ərzində keçirilmiş operativ nəzarət tədbirləri zamanı 1977 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 28 vergi ödəyicisində xarici valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar edilib. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 838 vergi ödəyicisi aşkar edilib, 246 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən edilib.

Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 208 vergi ödəyicisində 223 fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 77 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması faktları aşkar olunub.

Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 28 vergi ödəyicisində 2472,8 manat dəyərində 418 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.

İyulun 8-nə olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti