...

"Parabank" Azərbaycan regionlarında investisiya layihələrinin maliyyələşdirilməsinə yarım milyon manatadək vəsiat yönəltməyi planlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2010 19:29 (UTC +04:00)
Azərbaycan bankı "Parabank" növbəti aylarda Azərbaycanın üç regionunun sahibkarlarına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit resurslarından orta hesabla 500 min manat verməyi planlaşdırıb.
"Parabank" Azərbaycan regionlarında investisiya layihələrinin maliyyələşdirilməsinə yarım milyon manatadək vəsiat yönəltməyi planlaşdırıb

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Azərbaycan bankı "Parabank" növbəti aylarda Azərbaycanın üç regionunun sahibkarlarına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit resurslarından orta hesabla 500 min manat verməyi planlaşdırıb. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

"Növbəti aylarda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yardımlı, Gədəbəy və Qusarda təşkil ediləcək tədbirlərdə 500 min manatadək kreditin verilməsi planlaşdırılıb", - məlumatda qeyd olunub.

İyulun 30-da Masallı rayonunda investisiya layihələrinin maliyyələşdirilməsi üçün keçirilən tədbirdə "Parabank" 85 min manat ayırıb. Əsas üstünlüyü ət və süd məhsulları, plastik qapı və pəncərə, mebel sahəsindəki istehsalın investisiya layihələləri təşkil edib.

Xəbər lenti

Xəbər lenti