...

Sumqayıt Şəhər İcra Hakimiyyəti yolları təmir edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2010 17:29 (UTC +04:00)
Sumqayıt Şəhər İcra Hakimiyyəti (Bakıdan 30 kilometrlik məsafədə) şəhərin yollarında əsaslı təmir işləri həyata keçirir. Bu barədə Şəhər İcra Hakimiyyətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti yolları təmir edir

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Sumqayıt Şəhər İcra Hakimiyyəti (Bakıdan 30 kilometrlik məsafədə) şəhərin yollarında əsaslı təmir işləri həyata keçirir. Bu barədə Şəhər İcra Hakimiyyətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda deyilir ki, həmçinin, Corat və Hacı Zeynalabdin Tağıyev qəsəbələrinin əsas yollarına da yeni asfalt döşənib. İyulda şəhərin 4-cü, 9-cu və 10-cu mikrorayonları ərazisindəki yollara asfalt salınıb. Hazırda 12-ci mikrorayon ərazisindəki yollarda təmir işləri aparılır.

Qrafikə görə, bu həftə 2-ci mikrorayonda da yolların təmirinə başlanacaq. Həmçinin, 1-ci, 5-ci və 7-ci mikrorayonlarda avtomobil yollarının və tratuarların təmiri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti