...

"USAID" Azərbaycanda makroiqtisadi modelləşdirmə sahəsində potensialın gücləndirilməsi üzrə treninq keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2010 14:52 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı" çərçivəsində "Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması" mövzusunda treninq başa çatıb. Bu barədə nazirliyin məlumatında deyilir.
"USAID" Azərbaycanda makroiqtisadi modelləşdirmə sahəsində potensialın gücləndirilməsi üzrə treninq keçirib

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı" çərçivəsində "Makroiqtisadi modelləşdirmə üzrə biliklərin artırılması" mövzusunda treninq başa çatıb. Bu barədə nazirliyin məlumatında deyilir.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktor müavini Fəxri Həsənovun sözlərinə görə, avqustun 9-dan 20-dək USAID-in "Azərbaycanda ticarət və investisiya islahatlarına dəstək proqramı" çərçivəsində keçirilmiş treninqin əsas məqsədi makroiqtisadi modelləşdirmə, təhlil və proqnozlaşdırma sahəsində institutun elmi potensialını daha da artırmaq olub. O, treninqin institutun əməkdaşlarının bilik və bacarıqlarının daha da yüksəldilməsində faydalı olacağına əminliyini vurğulayaraq, gələcəkdə də belə tədbirlərin davam etdiriləcəyini bildirib.

USAID-in dövlət xərcləmələri komponentinin layihə rəhbəri Dipak Kapur və təlim koordinatoru Səbirə Şıxəliyevanın sözlərinə görə, iqtisadi tədbirlərin elmi əsaslarının işlənilməsini həyata keçirən qurum kimi institutun fəaliyyətinin əhəmiyyətli çox böyükdür.

ABŞ-ın Hyuston və Mərilənd universitetlərinin professoru Miç Moxtari isə Azərbaycan iqtisadiyyatının ildən-ilə gücləndiyini vurğulayıb, bu inkişafın dayanıqlı olması baxımından makroiqtisadi tarazlıq modellərinin tətbiqi və bu sahədə kadrların hazırlanmasının əhəmiyyətini qeyd edib.

Tədbirin sonunda təlimi uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.

Xəbər lenti

Xəbər lenti