...

Azərbaycanlı sahibkarlara 500 min manat məbləğində güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2010 15:28 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə Qusar və onun ətrafındakı rayonlarda fəaliyyət göstərən 38 sahibkara 500 min manat məbləğində güzəştli kredit verib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.
Azərbaycanlı sahibkarlara 500 min manat məbləğində güzəştli kredit verilib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında

Sahibkarlığa Kömək Milli Fondu

(SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə Qusar və onun ətrafındakı rayonlarda fəaliyyət göstərən 38 sahibkara 500 min manat məbləğində güzəştli kredit verib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Bu kreditlərin hesabına 88 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Qusar rayonunda Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 300-ə yaxın sahibkar iştirak edib. Tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Quba rayonunda "Zəm-Zəm" soyuducu anbar kompleksləri şirkəti ilə (gücü 4 min ton), "Bakuba" şirkəti ilə (gücü 2 min ton), Qusar rayonundakı "Aqrolayn" (gücü 4 min ton), Xaçmaz rayonundakı "Sultan-O" şirkətinin emal zavodunun tikintisi ilə tanış olublar. Eləcə də iştirakçılar "Şimal kəndli fermer təsərrüfatı" şirkətinin üzüm bağları ilə, meyvələrin qablaşdırılması üçün qablar istehsal edən "Bolluq-A" müəssisəsinin, alma emal edən "Qafqaz Konserv Zavodu"ndakı yeni istehsal xətti və "Aqrovit LTD" şirkətinin istixanaları ilə də tanış olublar.

Tədbir çərçivəsində sahibkarlar üçün treninq keçirilib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdimedilmə qaydaları barədə ətraflı məlumat verilib.

Avqustun 27-nə rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti