...

2013-cü ildə Gürcüstanda turistlərin sayı ölkə əhalisinin sayını keçməlidir – Mixail Saakaşvili

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2010 18:13 (UTC +04:00)
Qaqoşidzenin sözlərinə görə, bu il Raçaya 160 min turist gəlib ki, onların 2 500-ü əcnəbilər - ukraynalılar, belaruslar və ispanlar olub.
2013-cü ildə Gürcüstanda turistlərin sayı ölkə əhalisinin sayını keçməlidir – Mixail Saakaşvili

Gürcüstan, Tbilisi, 30 avqust /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan Prezidenti Mixail Saakaşvili Batumidə iqtisadi inkişaf naziri Vera Kobaliya, Raça qubernatoru David Qaqoşidze, Sameqrelo-Zemo Svanetinin qubernatoru Zaza Qoroziya, Acarıstan hökumətinin rəhbəri Levan Varşalomidze və Gürcüstanın Turizm və Kurort Departamentinin sədri Maya Sidamonidze ilə görüşü zamanı bu ilin əvvəlindən bəri Gürcüstana gələn turistlərin sayı ilə maraqlanıb.

Qaqoşidzenin sözlərinə görə, bu il Raçaya 160 min turist gəlib ki, onların 2 500-ü əcnəbilər - ukraynalılar, belaruslar və ispanlar olub.

"Raçada bu qədər istirahət edən olmamışdı. Yalnız Şovidə 1200, Ambrolauiridə isə daha çox turist istirahət edib", - o deyib.

Sameqrelo-Zemo Svanetinin qubernatoru Zaza Qoroziya bildirib ki, bu il ən çox turist sayı Qanmuxuridə olub və avqustun 1-də istifadəyə verilən yeni mehmanxana həmişə dolu olur. Hər gün Qanmuxuridə Azərbaycandan da olmaqla, 5-7 min turist istirahət edir.

Acarıstana gəldikdə isə, bu il muxtar respublikaya 718 000 turist gəlib. Acarıstan hökumətinin sədri Levan Varşalomidzenin sözlərinə görə, bu göstəricidə yalnız mehmanxanada istirahət edən və qeydiyyatdan keçən turistlərin sayı əks olunub, özəl sektorları da nəzərə alsaq, onların sayı 900 000-ə çatır.

Gürcüstan Prezidenti görüş iştirakçılarını gələn il turistlərin sayının sürətlə artırılmasına istiqamətləndirib. Mixail Saakaşvilinin bəyan etdiyi kimi, bu ilin sonuna qədər turistlərin sayı təxminən iki milyona çatacaq, 2013-cü ildə isə turistlərin sayı Gürcüstan əhalisinin sayını keçməlidir.

"Hesablamalarımıza görə, beş ildən sonra Gürcüstana 10 milyon turist gələcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti