...

Azərbaycan Nəqliyyat Nazirliyi Daşkənddə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2010 18:08 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi noyabrın 5-10-da Daşkənddə keçiriləcək Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak edəcək.
Azərbaycan Nəqliyyat Nazirliyi Daşkənddə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak edəcək

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi noyabrın 5-10-da Daşkənddə keçiriləcək Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak edəcək. Bu barədə bazar ertəsi Nəqliyyat Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata əsasən, Nəqliyyat Nazirliyini sərgidə Nəqliyyatın inkişafı və elmi texniki siyasət şöbəsinin İnformatika və məlumat sektorunun müdiri İsmayıl Kərimov və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri təmsil edəcəklər.

Azərbaycan və Özbəkistan dövlət başçılarının təşəbbüsü ilə keçiriləcək sərgi Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Sərgidə kənd təsərrüfatı, yeyinti sənayesi, məişət avadanlıqları texnikasındakı yeniliklər nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti