...

Azərbaycanda sığorta brokerinin lisenziyasının qüvvədə olma müddəti müvəqqəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2010 19:01 (UTC +04:00)
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Aon Azəri Sığorta və Təkrar Sığorta Brokeri" MMC-yə sığorta brokeri fəaliyyətinə verilən lisenziyanın qüvvədə olma müddətini dayandırıb.
Azərbaycanda sığorta brokerinin lisenziyasının qüvvədə olma müddəti müvəqqəti dayandırılıb

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti "Aon Azəri Sığorta və Təkrar Sığorta Brokeri" MMC-yə sığorta brokeri fəaliyyətinə verilən lisenziyanın qüvvədə olma müddətini dayandırıb. Bu barədə Xidmətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Maliyyə Nazirliyinin müvafiq əmri ilə lisenziyanın qüvvədə olma müddəti şirkətin qanunvericilik tələblərini pozduğuna görə noyabrın 2-dən etibarən altı ay müddətinə dayandırılıb.

"Aon Azəri Sığorta və Təkrar Sığorta Brokeri" Azərbaycanda dövlət qeydiyyatından 1998-ci ilin iyununda keçib. 2008-ci ilin avqustunda şirkət sığorta brokeri fəaliyyətinə olan lisenziyasını yeniləyib.

Maliyyə Nazirliyindən məlumat verildiyi kimi, hazırda ölkədə beş sığorta brokeri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti