...

Azərbaycanda Özbəkistanın Milli Sərgisi dekabrın 3-5-də keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2010 13:08 (UTC +04:00)
Ölkə iqtisadiyyatının demək olar bütün sahələrini əks etdirəcək 300-dən artıq şirkət Özbəkistanın Azərbaycandakı ilk Milli Sərgisində iştirak edəcək. Bu barədə Trend-ə cümə günü respublikanın hökumət dairələrindəki mənbə məlumat verib.
Azərbaycanda Özbəkistanın Milli Sərgisi dekabrın  3-5-də keçiriləcək

Özbəkistan, Daşkənd, 26 noyabr /Trend, müxbir D.Əzizov/

Ölkə iqtisadiyyatının demək olar bütün sahələrini əks etdirəcək 300-dən artıq şirkət Özbəkistanın Azərbaycandakı ilk Milli Sərgisində iştirak edəcək. Bu barədə Trend-ə cümə günü respublikanın hökumət dairələrindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, keçirilməsi dekabrın 3-5-nə planlaşdırılan sərginin işində neft-qaz, maşınqayırma, energetika, nəqliyyat və nəqliyyat kommunikasiyaları, inşaat materiallarının istehsalı, tekstil sənayesi, kənd təsərrüfatı məhsullarının təkrar emalı və qida məhsullarının istehsalı sahəsində çalışan şirkətlər iştirak edəcəklər.

Sərgidə Özbəkistanın tarixi və mədəni irsini, turizm potensialını və müasir ustaların yaratdıqları xalq yaradıcılığını əks etdirən stendlər nümayiş olunacaq.

"Özbəkistanın hüdudlarından kənarda belə miqyasda sərgi ilk dəfə keçirilir", - agentliyin müsahibi bildirib.

Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin Özbəkistana rəsmi səfəri zamanı dövlət başçıları sahibkarlar tərəfindən hər iki ölkənin investisiya potensialının öyrənilməsi mqəsədilə milli sərgilərin keçirilməsi təşəbbüsünü irəli sürüblər.

Noyabrın əvvəllərində Daşkənddə Azərbaycanın 170 şirkət və müəssisəsinin iştirakı ilə ilk Milli Sərgi keçirilib. Sərgi Özbəkistan sahibkarları və sakinlərində böyük maraq doğurub. Sərgiyə yüz mindən artıq tamaşaçı gəlib. Sərgi çərçivəsində Azərbaycan və özbək şirkətləri arsında 50-dən artıq niyyət protokolu imzalanıb.

Özbək həmkarları ilə əməkdaşlıq üzrə niyyət sazişini "Gilan Holding", "Azersun Holding", "Azneftmaş", Azneftkimyamaş, "Tovuz-Baltiya", "Caspian Fish", "Akkord", "Azenko", "Kür", "Ultra" kimi şirkətlər imzalayıblar.

Bununla yanaşı, Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Özbəkistan Xarici İqtisadi Əlaqələr, İnvestisiya və Ticarət Fondu (UzInfoInvest), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və UzInfoInvest, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Özbəkistan Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Xəbər lenti

Xəbər lenti