Azərbaycan, Bakı, 7 dekabr /Trend/
"Bank of Baku" 2011-ci ilin əvvəlində səhmdarların növbədənkənar ümumi iclasını keçirəcək. Bu barədə çərşənbə axşamı bankdan məlumat verilib.
Məlumata əsasən, toplantı 2011-ci il yanvarın 21-də saat 15:00-da bankın baş ofisində təşkil olunacaq.
"Bank of Baku" 2005-ci ildə iki yerli bankın - "Bank of Baku" ASC və "İlkBank"ın birləşməsi nəticəsində təsis olunub. Hazırda bankın beş səhmdarı var - üç hüquqi və iki fiziki şəxs.
Bankın aktivləri oktyabrın sonunda 236,114 milyon manat təşkil edib. Ümumi kapital noyabrın 1-nə 38,38 milyon manat təşkil edib. Ödənilmiş nizamnamə kapitalı 12,852 milyon manata bərabərdir.
Dekabrın 7-nə olan rəsmi məzənnə 0,7995 AZN/USD təşkil edir.