...

AYİB "Bank Respublika"ya yeni kredit xətti ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2010 17:43 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "Bank Respublika" bankına 10,5 milyon dollar həcmində yeni kredit xətti ayırıb.
AYİB "Bank Respublika"ya yeni kredit xətti ayırıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir N.İsmayılova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "Bank Respublika" bankına 10,5 milyon dollar həcmində yeni kredit xətti ayırıb. Bu barədə AYİB-in cümə axşamı yaydığı məlumatda deyilir.

AYİB "Bank Respublika"ya özəl şirkətləri maliyyələşdirmək üçün ikinci tranş kimi 3 milyon ABŞ dolları kiçik və orta müəsisələrin (KOM ) krediti və fiziki şəxslərə yaşayış ipoteka krediti verilməsi üçün ikinci tranş kimi 6 milyon ABŞ dolları dəyərində 8 illik kredit ayırır. AYİB həmçinin ortaölçülü birgə maliyyələşdirmə mexanizmi çərçivəsində 1,5 milyon ABŞ dolları dəyərində kredit xətti ayırır.

"Biz "Bank Respublika" ilə 2004-cü ildən əməkdaşlıq edirik. Bu vaxt ərzində bank Azərbaycanda AYİB-in ən fəal tərəfdaşlarından biri olub. "Bank Respublika" həmçinin AYİB-in ipoteka inkişafına yönəldilən vəsaiti alan ilk bank olub. Bu müddət ərzində 30-dan çox kiçik və orta müəssisə bu birgə maliyyələşdirmədən faydalanıb", - AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Frensis Deley bildirib.

"Bank Respublika"nın 2011-2012-ci illər ücün əsas strategiyalarından biri Azərbaycanın regionlarında kiçik və orta sahibkarlığa və istehlak seqmentinə yönəldilən maliyyələşdirilməni əsas tutaraq yeni bank məhsullarının diversifikasiyası ilə regional inkişafı dəstəkləməkdir. AYİB-in krediti bu istiqamətdə bizim strategiyamıza və məqsədlərimizə nail olmaqda böyük dəstək olacaq. Bu, həmçinin kiçik biznesi daha davamlı edəcək və ölkədə iqtisadi artım üçün əlavə imkanlar yaradacaq", - bankın İdarə Heyətinin sədri Xədicə Həsənova qeyd edib.

Azərbaycan Multi-Bank Mexanizmi çərçivəsində olan və 2009-cu ildə imzalanan 6 milyon dollarlıq kreditin iki tranş vasitəsilə ayrılması nəzərdə tutulub. Bundan əlavə, 2008-ci ildə Azərbaycanın ipoteka bazarının inkişafına dəstək üçün istifadə olunan 10 milyon ABŞ doları dəyərində ipoteka krediti haqqında razılaşma imzalanıb.

AYİB Azərbaycanda davamlı inkişafı təşviq etmək üçün korporativ, maliyyə və infrastruktur sektorlarına sərmayə qoyur. Azərbaycanda fəaliyyətinə başlayandan bu günədək AYİB 120 layihəyə təqribən 1,2 milyard avro sərmayə qoyub ki, bu sərmayənin də 60 faizindən çoxu özəl sektorun inkişafına yönəldilib.

Xəbər lenti

Xəbər lenti