...

Azərbaycan dəmiryol şəbəkəsinin milli operatorunun səhmlərinin ilkin buraxılışı qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2011 15:45 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin adi, adlı, sənədsiz səhmlərinin ilkin emissiya prospektini 599 milyon manat məbləğində qeydiyyata alıb.
Azərbaycan dəmiryol şəbəkəsinin milli operatorunun səhmlərinin ilkin buraxılışı qeydiyyata alınıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin adi, adlı, sənədsiz səhmlərinin ilkin emissiya prospektini 599 milyon manat məbləğində qeydiyyata alıb. Bu barədə cümə günü Dövlət Komitəsindən məlumat verilib.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri iki manat olan 299,5 milyon səhmin emissiyası buraxılıb. Emissiya qapalı yerləşdirmə üsulu ilə həyata keçiriləcək.

Mövcud emissiya "Azərbaycan Dəmir Yolları"nın səhmdar cəmiyyətə keçirilməsindən sonra səhmlərin ilk yerləşdirilməsidir.

"Azərbaycan Dəmir Yolları" QSC - 100 faizli dövlət kapitalı ilə Azərbaycanın dəmiryol şəbəkəsinin milli operatorudur. QSC 2009-cu ilin yayında Azərbaycan Dövlət Dəmir Yolunun bazasında yaranaraq onu funksional şəkildə əvəz edib.

Yanvarın 14-nə olan rəsmi məzənnə 0,7974 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti