...

2010-cu ilin yekunları üzrə Azərbaycanın xarici mal dövriyyəsi təxminən 28 milyard dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2011 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar/Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Dövlət Gömrük Komitəsi 2010-cu ildə dünyanın 147 ölkəsi ilə aparılan xarici ticarət əməliyyatlarının yekunlarını elan edib. Bu barədə şənbə günü komitədən bildiriblər. Ölkənin ümumi mal dövriyyəsi 27,924 milyard dollar təşkil edib. Xarici ticarət əməliyyatlarında 14,725 milyard dollar mübət saldo yaranıb.

Ötən il ərzində xarici ticarət əməliyyatlarında 7772 hüquqi və fiziki şəxs qeydə alınıb. Onlardan 3661hüquqi, 4111-i isə fiziki şəxsdir.

2010-cu il ərzində ixrac əməliyyatları 21,3 milyard dollar təşkil edib ki, bu da 2009-cu illə müqayisədə 45,05 faiz (6,6 milyard dollar) çoxdur.

İxracda dövlət sektorunun payı 20,184 milyard dollar (94,65 faiz), özəl sektorun payı isə 1,005 milyard dollar (4,71 faiz), fiziki şəxslərin payı 135,7 milyon dollar (0,64 faiz) təşkil edib.

Yanvar-mayda idxal 4,43 faiz artaraq 6,599 milyard dollar olub ki, bud a 2009-cu illə müqayisədə 7,78 faiz (0,476 milyon dollar) çoxdur.

İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,912 milyard dollar (28,98 faiz), özəl sektorun 4,348 milyard dollar (65,89 faiz), fiziki şəxslərin 338,6 milyon dollar (5,13 faiz) olub.

12 ay ərzində Azərbaycandan 2186 adda mal ixrac, ölkəyə isə 6057 adda mal idxal edilib.

Aşağıda Azərbaycanın əsas xarici ticarət tərəfdaşları göstərilib:

İxrac:

Ölkələr

Dəyər (mlrd. ABŞ$)

İxracda xüsusi çəki (%)

İtaliya

7,09

33,28

Fransa

1,86

8,71

İsrail

1,74

8,18

ABŞ

1,54

7,21

Ukrayna

0,89

4,17

Xorvatiya

0,787

3,69

İndoneziya

0,782

3,67

Rusiya

0,77

3,63

Malaziya

0,74

3,47

Sinqapur

0,51

2,4

İdxal:

Ölkələr

Dəyər (mlrd. ABŞ$)

İdxalda xüsusi çəki

(%)

Rusiya

1,145

17,35

Тürkiyə

0,771

11,69

Almaniya

0,607

9,2

Çin

0,587

8,9

Ukrayna

0,465

7,05

Böyük Britaniya

0,303

4,59

Qazaxıstan

0,293

4,45

ABŞ

0,206

3,13

Sinqapur

0,174

2,64

Braziliya

0,162

2,45

Xəbər lenti

Xəbər lenti