...

"Başak-İnam Sığorta Şirkəti" 2011-ci ildə sığorta haqlarının 20 faiz artacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2011 18:16 (UTC +04:00)
2010-cu ildə "Başak-İnam Sığorta Şirkəti" ASC-nin maliyyə mənfəəti 245 min manat təşkil edib.
"Başak-İnam Sığorta Şirkəti" 2011-ci ildə sığorta haqlarının 20 faiz artacağını gözləyir

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir N.İsmayılova/

2010-cu ildə "Başak-İnam Sığorta Şirkəti" ASC-nin maliyyə mənfəəti 245 min manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata əsasən, şirkətin aktivlərinin həcmi 1,5 milyon manat artaraq 5,2 milyon təşkil edib.

İlin sonuna "Başak-İnam Sığorta Şirkəti"nin məcmu kapitalı 68 faiz və ya 1,5 milyon manat artıb.

"Ötən il birbaşa sığorta üzrə sığorta haqlarında 2,5 milyon manat psixoloji maneə aşılıb. Cari il üçün hədəf 3 milyon limiti aşmaqdır", - məlumatda deyilir.

2010-cu ildə şirkət müştərilərinə 1,6 milyon manatlıq ödəniş həyata keçirib. Bu göstərici 2009-cu ildə 1,1 milyon manat olub. Sığorta ödənişlərinin sığorta haqlarına nisbəti 62 faiz təşkil edir.

"Yəni güclü maliyyə sabitliyi göstəriciləri nəticəsində şirkət müştərilərinə hər gün 4 min manatdan çox ödəniş həyata keçirir", - məlumatda deyilir.

Məlumata əsasən, ötən il şirkətin sığorta haqlarının 30%-i bədbəxt hadisələr və xəstəlik, 28%-i kasko, 23%-i əmlak, 13%-i sağlamlıq, 2%-i ipoteka və 1,3 faizi nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasının payına düşür.

Diversifikasiya siyasətinin davamı olaraq şirkət hazırda kənd təsərrüfatı (aqrar məhsullar, istixana, heyvandarlıq və quşçuluq), təhsil və səyahət sığortaları sahəsində də yeni məhsullar üzərində işləyir.

Azərbaycanın sığorta şirkəti "Başak-İnam Sığorta Şirkəti" ölkənin sığorta bazarında 1996-cı ildən fəaliyyət göstərir. Şirkətin səhmlərinin 49 faizi dünyanın 15 ölkəsində fəaliyyət göstərən Fransa və Avropanın ən iri şirkəti Groupama - Groupama Sigorta A.Ş. şirkətinə məxsusudur. Qalan 51 faiz tərkibinə "TuranBank", "AzərTürkBank", "Aqrarkredit" və fiziki şəxslərin daxil olduğu Azərbaycan səhmdarlarına məxsusudur.

Martın 31-nə olan rəsmi məzənnə 0,7927 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti