...

Azərbaycanda gömrük prosedurlarından keçmənin fərqli müddətləri mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2011 20:39 (UTC +04:00)
Bazar ertəsi keçirilən birgə iclasda parlamentin iqtisadi siyasət və hüquq siyasəti və dövlət quruculuğu üzrə komitələri Azərbaycanın Gömrük Məcəlləsinin yeni layihəsinin ikinci oxunuşda Milli Məclisə təqdim ediblər.
Azərbaycanda gömrük prosedurlarından keçmənin fərqli müddətləri mümkündür

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbirlər A.Axundov, M.Əliyev/

Bazar ertəsi keçirilən birgə iclasda parlamentin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələri Azərbaycanın Gömrük Məcəlləsinin yeni layihəsini ikinci oxunuşda Milli Məclisə təqdim ediblər.

Müzakirələr çərçivəsində Dövlət Gömrük Komitəsinin 30 gün ərzində gömrük prosedurlarından keçmək, ölkəyə gətirilməsi və ölkədən çıxarılmasına qadağa qoyulan malların yeni syahısının tərtib edilməsi, bu siyahıların sərhəd-buraxılış məntəqələrinə vurulması və digər təklifləri ilə bağlı müraciətinə baxılması üçün maksimum müddətin müəyyən edilməsi təklif olunub.

Məcəllənin layihəsində gömrük prosedurlarından keçmə müddətinin 15 gündən artıq olmaması göstərilir. Lakin deklarant tərəfindən müvafiq sənəd və məlumatların toplanması üçün əlavə vaxt lazım olacağı halda bu müddətin uzadılması istisna edilmir.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin sözlərinə görə, DGK daxili təhlükəsizliyin yoxlanması üzrə bütün müraciətləri maksimum bir həftə ərzində araşdırır.

"Bu günədək elə bir hal olmayıb ki, kiminsə müsadirə olunmuş malı korlansın, çünki biz özümüz bunun əleyhinəyik. Onun satışından gəlir DGK-nin büdcədənkənar fonduna daxil olur. Əgər müsadirə edilmiş mal korlanarsa, onda bu, bizə belə şəkildə daxil olan maldır", - Əliyev deyib.

Onun sözlərinə görə, bu müddətin azaldılması və ya məhsulların növündən asılı olaraq onun fərqləndirilməsi mümkündür.

Hazırda qüvvədə olan Gömrük Məcəlləsi 1997-ci ildə qəbul edilib.

Yeni Gömrük Məcəlləsinin qəbulu gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gömrük infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulması, dövlət büdcəsinin gəlirlərinin artması, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunması, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesinin sürətlənməsi, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsi, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılması, gömrük tarif siyasətinin təkmilləşdirilməsinə və inkişaf etdirilməsi, ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolunun artırılması, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artması, gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşması və ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə əlverişli şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti