...

CAREC Proqramının çəkiliş qrupu Azərbaycana gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2011 13:15 (UTC +04:00)
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) çəkiliş qrupu Azərbaycana gəlib. Bu barədə Asiya İnkişaf Bankının (AİB) Bakı nümayəndəliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
CAREC Proqramının çəkiliş qrupu Azərbaycana gəlib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) çəkiliş qrupu Azərbaycana gəlib. Bu barədə Asiya İnkişaf Bankının (AİB) Bakı nümayəndəliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Səfərin məqsədi CAREC Proqramı haqda sənədli film çəkməkdir. Sənədli film bu ilin noyabrında CAREC Proqramının Bakıda keçiriləcək Nazirlər Konfransında nümayiş etdiriləcək. Film son 10 ildə proqramın əldə etdiyi nailiyyətləri göstərəcək.

Çəkiliş qrupu Azərbaycanda əsasən nəqliyyat və ticarətin inkişafı ilə bağlı layihələri çəkəcək. Bura Bakı ilə Gürcüstan sərhədi arasındakı CAREC dəhlizini dəstəkləyən avtomobil yolu, dəmir yolu və dəniz limanı layihələri daxildir. Bakıya səfərlərini şərh edən çəkiliş qrupunun rəhbəri, "Asiaworks" televiziya şirkətinin baş prodüsseri Kreyg Nauls (Craig Knowles) bildirib: "Azərbaycanda olmaq və CAREC Proqramının nəhəng uğurlarını müşahidə edib lentə almaq çox maraqlıdır. Biz dünyanın bu cazibədar hissəsində işimizin uğurla gedəcəyini gözləyirik".

"CAREC Proqramı 2001-2011" haqqında sənədli film CAREC Proqramına üzv olan bütün ölkələrdə - Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan - çəkiləcək. Sənədli film paytaxt şəhərlərdə, şəhərətrafı ərazilərdə və CAREC dəhlizi boyunca yerləşən müvafiq yerlərdə çəkiləcək. Film CAREC Proqramının effektivliyini və regional iqtisadiyyata, insanların firavanlığına verdiyi töhfəni nümayiş etdirəcək.

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) və ya CAREC Proqramı əməkdaşlıq yolu ilə inkişafı təbliğ etmək, artıma nail olmaqa və yoxsulluğu azaltmaq üçün birgə fəaliyyət göstərən 10 ölkənin tərəfdaşlıq təşəbbüsüdür və 6 beynəlxalq institut tərəfindən dəstəklənir.

Proqramın uzunmüddətli baxışı budur: Yaxşı Qonşular, Yaxşı Tərəfdaşlar və Yaxşı Perspektivlər.

CAREC Mərkəzi Asiya ölkələrinə və onların qonşularına 4 əsas sahədə (nəqliyyat, ticarətin əlaqələndirilməsi, ticarət siyasəti və enerji) regional əməkdaşlığı təbliğ etməklə öz potensiallarını realizə etmək imkanı verir. CARES-in 10 üzvü var: Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan. CARES-in həmçinin 6 beynəlxalq tərəfdaşı var: Asiya İnkişaf Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Valyuta Fondu (BFV), İslam İnkişaf Bankı (İİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Dünya Bankı.

AİB-in görüşü "Asiya və Sakit Okena hövsəzi yoxsulluqdan azad olsun"dur. AİB-in missiyası inkişaf edən üzv ölkələrinə yoxsulluğu azaltmaqda kömək etmək, həyat şəraitini və həyat səviyyəsini yaxşılaşdırmaqdır. AİB kapitallaşdırılmış beynəlxalq bankdır və iqtisadi artım, davamlı inkişaf və regional inteqrasiya yolu ilə Asiyada və Sakit Okean hövzəsində yoxsulluğun azaldılmasına çalışır.
AİB 1966-cı ildə üzv dövlətlər tərəfindən Asiya İnkişaf Bankının Yaradılması haqda Sazişə uyğun olaraq təsis edilib. 2010-cu l dekabrın 31-nə olan məlumata görə AİB-in 67 üzvü vardır ki, bunlardn 48 Asiya və Sakit Okean hövzəsində yerləşir.

AİB Manilada, Filippində yerləşir və dünyanın müxtəlif yerlərində, o cümlədən də Şimali Amerikada (Vaşinqton DC), Avropada (Frankfurt) və Yaponiyada (Tokio) ofisləri var.

Xəbər lenti

Xəbər lenti