...

"Abşeron yarımadasında su təchizatı və kanalizasiya sisteminin yaradılması" layihəsi üzrə müzakirə protokolu imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2011 16:00 (UTC +04:00)
"Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.
"Abşeron yarımadasında su təchizatı və kanalizasiya sisteminin yaradılması" layihəsi üzrə müzakirə protokolu imzalanıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Sentyabrın 15-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin resident nümayəndəsi xanım Kim Eun Suk və Azərbaycanın "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov tərəfindən "Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması" layihəsinə dair müzakirə protokolu imzalanıb.

Trend-in məlumatına görə, layihənin məqsədi Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin təmin edilməsi ilə sakinlərin yaşayış səviyyəsinin yüksəldilməsi və ətraf mühit şərtlərinin yaxşılaşdırılmasıdır. Layihə alternativ su resurslarının inkişaf etdirilməsi və iqlim dəyişikliyinə uyğunlaşma istiqamətində Azərbaycan hökumətinin fəaliyyətini dəstəkləyəcək. Layihənin digər məqsədi uğurlu icrası vasitəsilə iki ölkə arasında münasibətlərin və əməkdaşlığın gücləndirilməsinə yönəlib.

KOICA layihə müddətində aşağıdakı fəaliyyətləri həyata keçirəcək:

1) Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasıya sisteminin təfsilatlı dizaynı, tikintisi və tikintiyə nəzarət; 2) Layihənin icrası üçün tələb olunan avadanlıq və materialların təmin edilməsi; 3) Layihənin icrası üçün texniki məsləhət xidmətinin göstərilməsi məqsədilə koreyalı ekspertlərin Azərbaycana ezam edilməsi; 4) Azərbaycandan olan rəsmilərin və mütəxəssislərin Koreyada təlim proqramlarına dəvət olunması.

KOICA layihə üçün 26 180 000 ABŞ dolları məbləğində qrant vəsaiti ayıracaq və layihə müddəti 4 il olacaq (2011-2014).

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi dövlət qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən Koreya Respublikasının dövlət agentliyidir. KOICA-nın 43 tərəfdaş ölkəsində nümayəndəlikləri mövcuddur.

Xəbər lenti

Xəbər lenti