...

Nəqliyyat Nazirliyi bu gün Kür çayı üzərindəki körpüdə hərəkəti bərpa edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2011 12:06 (UTC +04:00)
Nəqliyyat Nazirliyi bu gün axşam Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində yerləşən Kür çayı üzərindəki körpüdə hərəkəti bərpa etməyi planlaşdırır.
Nəqliyyat Nazirliyi bu gün Kür çayı üzərindəki körpüdə hərəkəti bərpa edəcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.İsmayılov/

Nəqliyyat Nazirliyi bu gün axşam Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində yerləşən Kür çayı üzərindəki körpüdə hərəkəti bərpa etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə "Azəryolservis" SC-dəki mənbə bildirib.

Onun sözlərinə görə, avtomobillərin hərəkəti körpünün işlək hissəsində plitələrin zədələnməsi üzündən dayanıb.

"Hazırda bərpa işləri gedir, işlər axşam saat 5-6 radələrində başa çatacaq", - mənbə deyib.

Həmin körpüdə bərpa işləri ilk dəfədir aparılır. Körpüdən iritonnajlı maşınların istifadə etməsi və avtomobillərin yüklərin daşınması qaydalarını pozmaları nəticəsində körpünün plitələrində mütəmadi olaraq sınmalar müşahidə olunur.

Mənbənin sözlərinə görə, bu problemin həlli yalnız çəkisi müəyyən edilmiş normanı ötən iritutumlu avtomobillərin körpü üzərindən hərəkətinin qarşısının alınması yolu ilə mümkündür.

Xəbər lenti

Xəbər lenti