...

Azərbaycanın nümayəndə heyəti Ümumdünya İqtisadi Forumunun xüsusi iclasında iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2011 13:02 (UTC +04:00)
Şənbə günü İordaniyanın Ölü dəniz sahilində Ümumdünya İqtisadi Forumunun Yaxın Şərq və Ərəb dünyasının iqtisadi inkişafına həsr olunmuş xüsusi iclası öz işinə başlamışdır.Bu barədə Trend-ə Azərbaycanın İordaniya Krallığındakı səfirliyndən məlumat verilib.
Azərbaycanın nümayəndə heyəti Ümumdünya İqtisadi Forumunun  xüsusi iclasında iştirak edir

Azərbaycan, Bakı, 23 oktabr /Trend, müxbir E. Əliyev/

Şənbə günü İordaniyanın Ölü dəniz sahilində Ümumdünya İqtisadi Forumunun Yaxın Şərq və Ərəb dünyasının iqtisadi inkişafına həsr olunmuş xüsusi iclası öz işinə başlamışdır. Bu barədə Trend-ə Azərbaycanın İordaniya Krallığındakı səfirliyndən məlumat verilib.

Forumda İordaniya kralı II Abdullah, Pakistan prezidenti Asif Əli Zərdari, İspaniya kralı Juan Karlos, Qətərin Nazirlər Şurasının sədri və Xarici İşlər naziri Şeyx Həməd bin Casim bin Cəbr Ali Tani, Liviyanın müvəqqəti keçid hökumətinin başçısı Mahmud Cibril, Fələstin muxtariyyətinin Baş naziri Salam Fəyyad, Ümumdünya İqtisadi Forumunun prezidenti Klaus Şevab, dünyanın bir sıra ölkələrinin sabiq hökumət başçıları, siyasi, ictimai xadimlər, iqtisadçı ekspertlər, 700-ə qədər iş adamı, 20 ölkədən nazirlər, habelə 50-dən çox ölkənin vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Konfransda Azərbaycanı Maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Konfransın işində Azərbaycanın İordaniyadakı səfiri E. Araslı da iştirak edir.

Forumda çıxış edən Fransanın keçmiş baş naziri Edvard Bilardo "Böyük Səkkizlik" adından danışaraq bu qrupun 2011-2013-cü illər ərzində Ərəb baharı ölkələri və İordaniyada siyasi və iqtisadi islahatların, habelə sənayenin inkişafının uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədilə 70-80 milyard dollar civarında kredit və yardımlar ayırmaq niyyətində olduğunu elan etmişdir. Forum çərçivəsində Yaxın Şərq və Ərəb dünyasının üzləşdiyi bir sıra iqtisadi problemlər və onların həll yolları ətrafında seminarlar da təşkil edilmişdir.

Xəbər lenti

Xəbər lenti