...

Bakıda duz istehsalı müəssisələrində və satış nöqtələrində monitorinq aparılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2011 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan Duz İstehsalçıları Assosiasiyası ölkə ərazisində satılan duzların tərkibindəki mövcud problemləri nəzərə alaraq, duz istehsalı müəssisələrində və satış nöqtələrində monitorinqlər keçirib. 2 aya yaxın dövrü əhatə edən monitorinqlər Bakı şəhərinndə aparılıb.

Trend-in məlumatına görə, satış nöqtələrində əhaliyə təklif olunan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar respublika ərazisində yerləşən müxtəlif göllərdən toplanan duzların hesabına istehsal olunur. Hazırda Qaradağ rayonu ərazisində son dərəcə təhlükəli tərkibə malik açıq duz göllərindən duz toplanaraq satışa çıxarılır.

"Təəsüflə bildiririk ki, hələ də mövcud duz bazarında yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablara qablaşdırılmış belə keyfiyyətsiz duzların satışı davam edir. Bakı şəhərində və respublika ərazisində əfsuslar olsun ki, çörək bişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlənməyən mənşəyi bəlli olmayan, təhlükəli duzlardan istifadə olunur", - assosiasiyasının məlumatında deyilir.

2001-ci ildə "Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında" qəbul olunmuş qanunun 8.3 maddəsinə görə "Yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır". Bu istiqamətdə İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılan mübarizə saxta duzların satışının qarşısının alınmasında əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Satşa çıxarılan duz məhsullarının tələblərə tam cavab verməsinə nail olmaq üçün duz istehsalı ilə məşğul olan kiçik sahibkarlar mütləq müasir texniki avadanlıqlarla təmin olunmalıdırlar.

Hazırda Masazır Duz Zavodundan başqa, Azərbaycanda fəaliyyət göstərən heç bir duz istehsalı müəssisəsində duzun rafinə-qaynatma üsulu ilə istehsalı aparılmır. Nəticədə köhnə duz istehsal müəssisələri kustar üsullarla duz istehsalını həyata keçirirlər. Duzun müasir sənaye üsulu ilə istehsalı kifayət qədər sərmayə tələb etdiyindən və azgəlirli sahə olduğundan kiçik sahibkarlar bu sahəyə sərmayə qoymağa maraq göstərmirlər.

Monitorinq zamanı aydın olub ki, Azərbaycan İnvestisiya Şirkəti və "Azərsun Holdinq" tərəfindən inşa olunmuş Masazır Duz Zavodu texnoloji sxeminə görə son dərəcə müasir texnoloji avadanlıqlarla və avtomatik idarəetmə sistemləri ilə təchiz olunub. İstehsal çıxarılan xam duzun rafinasiya yolu ilə təmizlənməsinə, dəqiq dozatorlarda yodla zənginləşdirilməsinə, qurudularaq və standartlara uyğun olan paketlərdə qablaşdırılmasına əsaslanır.

"Diqqətimizi çəkən məqam, duza əlavə olunacaq miqdarca xeyli az olan yodun dəqiq dozatorlar vasitəsilə duzun hər bir qramına lazım olan eyni miqdarda paylaşdırılmasıdır. Bu xüsusiyyət duzda yodun lazımi miqdarda olmasına tam zəmanət verir. Bundan başqa, rafinasiya üsulu ilə təmizləmə duzun saflığını ən yüksək həddə çatdırır və lazımsız maddələri tam olaraq ondan kənarlaşdırır", - assosiasiyasının məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti