...

Azərbaycandakı hotellərdə turizm sahəsində standartlara əməl olunmasının monitorinqi aparılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2011 13:12 (UTC +04:00)
Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi respublikanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə ölkədə fəaliyyət göstərən hotellərdə turizm sahəsindəki bütün standartlara əməl olunması üzrə monitorinq keçirəcək.
Azərbaycandakı hotellərdə turizm sahəsində standartlara əməl olunmasının monitorinqi aparılacaq

Azərbaycan, Bakı, 11 noyabr / Trend, müxbir А.Axundov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi respublikanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə ölkədə fəaliyyət göstərən hotellərdə turizm sahəsindəki bütün standartlara əməl olunması üzrə monitorinq keçirəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, artıq hotellərə müəyyən vaxta qədər fəaliyyətlərini və xidmət səviyyələrini qəbul olunmuş beynəlxalq standartlara uyğunlaşdırmaları barədə məktub göndərilib.

"İki aydan sonra hotellərdə monitorinqlərə başlamaq niyyətindəyik", - komitə sədri qeyd edib.

Onun sözlərinə görə, monitorinqlərin gedişində hotellərin bütün fəaliyyət istiqamətləri yoxlanacaq.

Bir müddət əvvəl Komitədən Trend-ə verilən məlumata görə, ilin sonunadək Azərbaycanda turizm sahəsində əlavə 20 milli standartın qəbul ediləcəyi gözlənilir.

Hazırda bu sahədə 7-yə yaxın standart qüvvədədir.

Xəbər lenti

Xəbər lenti