...

Kapital Bank ödəniş kartlarına 50 faizlik endirim elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2011 13:16 (UTC +04:00)
Kapital Bank Yeni il ərəfəsində ödəniş kartlarına 50 faizlik endirim elan edib.
Kapital Bank ödəniş kartlarına 50 faizlik endirim elan edib

Azərbaycan, Bakı, 1 dekabr / Trend /

Kapital Bank Yeni il ərəfəsində ödəniş kartlarına 50 faizlik endirim elan edib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

"1 dekabr 2011-ci il tarixindən 1 yanvar 2012-ci il tarixinə qədər VISA və MasterCard ödəniş kartlarını bankın saytında online sifariş edən müştərilər üçün Kapital Bank 50 faiz endirim nəzərdə tutur", - məlumatda deyilir.

Artıq bir neçə aydır ki, müştərilər Kapital Bankın ödəniş kartlarını internet vasitəsilə sifariş edə bilirlər. Bankın www.kapitalbank.az saytında bu məqsədlə xüsusi bölmə yaradılıb. Bölməyə daxil olub lazımi məlumatları yerləşdirən hər kəs əlavə vaxt və zəhmət sərf etmədən istədiyi ödəniş kartlarını ala bilər.

Beləliklə, 1 dekabr tarixindən etibarən 1 ay ərzində www.kapitalbank.az saytında VISA və MasterCard ödəniş kartları üçün edilən hər sifariş 50 faiz güzəşt deməkdir.

Xəbər lenti

Xəbər lenti