...

Xalq Bank təcili pul köçürmələri üzrə aksiya keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2011 13:55 (UTC +04:00)
Xalq Bank filiallarında təcili pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə mobil operatorların danışıq kartları hədiyyə edilir.
Xalq Bank təcili pul köçürmələri üzrə aksiya keçirir

Azərbaycan, Bakı, 26 dekabr / Trend/

Xalq Bank filiallarında təcili pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə mobil operatorların danışıq kartları hədiyyə edilir. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Bu aksiyanın şərtlərinə görə, təcili pul köçürmələri sistemləri vasitəsi ilə 500 EUR/650 USD/22000 RUR-dək vəsait köçürən və yaxud qəbul edən müştərilərə 1 manat dəyərində; 500 EUR/650 USD/22000 RUR-dan 1000 EUR/1300 USD/42000 RUR-dək vəsait köçürən və yaxud qəbul edən müştərilərə mobil operatordan asılı olaraq 2/3 manat dəyərində; 1000 EUR/1300 USD/42000 RUR-dan yüksək məbləğdə vəsait köçürən və yaxud qəbul edən müştərilərə isə mobil operatordan asılı olaraq 5/6 manat dəyərində danışıq kartı hədiyyə edilir.

Xatırladaq ki, hazırda Xalq Bank Western Union, Contact, Migom, PrivatMoney, Xpress Money, Bıstraya Poçta, Zolotaya Korona sistemləri vasitəsi ilə 200-dən artıq ölkəyə təcili pul köçürmələrini həyata keçirir.

Xalq Bankın filial şəbəkəsi 18 filialdan ibarətdir ki, onlardan dördü paytaxtda, digərləri isə Sumqayıt, Zaqatala, Neftçala, Cəlilabad, Yevlax, Mingəçevir, Gəncə, Xaçmaz, Şabran, Qazax, İsmayıllı, Quba, Qusar və Şamaxı şəhərlərində fəaliyyət göstərirlər.

Dekabrın 26-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti