Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi diler və broker fəaliyyəti göstərmək üçün "Çelsi Kapital" şirkətinə yeni lisenziyalar verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Komitəsinin saytında dərc edilən məlumatda deyilir.
Lisenziyalar yanvarın 18-də beş il müddətinə verilib.
Hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 2 qiymətli kağızların idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş lisenziyalar qüvvədədir.