...

Bakının beynəlxalq aeroportu "Eurovision 2012" çərçivəsində turistləri qəbul etməyə hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2012 16:33 (UTC +04:00)
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı bu ilin mayında Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə sərnişin axınını qəbul etməyə tam hazır olacaq.
Bakının beynəlxalq aeroportu "Eurovision 2012" çərçivəsində turistləri qəbul etməyə hazır olacaq

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir E.İsmayılov/

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı bu ilin mayında Bakıda "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi dövrdə sərnişin axınını qəbul etməyə tam hazır olacaq. Bu barədə bazar ertəsi Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dəki mənbə məlumat verib.

2012-ci ildə 57-ci "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyini Azərbaycan edəcək. Müsabiqənin yarımfinal mərhələləri 2012-ci il mayın 22-də və 24-də, finalı isə 26-da keçiriləcək.

Onun sözlərinə görə, hazırda aeroportun binasında müsabiqə ərəfəsində başa çatacaq yenidənqurma işləri aparılır. Bununla da aeroport müsabiqə ilə bağlı Bakıya gələcək turistlərin qəbulunu təmin edə biləcək.

"Aeroportun binasının yenidən qurulması işləri uğurla aparılır və müsabiqənin başlanmasına qədər tamamilə başa çatacaq", - mənbə bildirib.

Onun sözlərinə görə, həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində yeni aerovağzal kompleksinin tikintisi üzrə işlər aparılır. Tikinti işlərinin 2013-cü il ərzində başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti