...

Pirat audiovizual məhsullarının satışı ilə məşğul olan şəxsə maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2012 17:10 (UTC +04:00)
Azərbaycanda pirat audiovizual məhsullarının satışı ilə məşğul olan şəxsə maliyyə sanksiyası tətbiq edilib.
Pirat audiovizual məhsullarının satışı ilə məşğul olan şəxsə maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Azərbaycanda pirat audiovizual məhsullarının satışı ilə məşğul olan şəxsə maliyyə sanksiyası tətbiq edilib. Bu barədə çərşənbə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Eldar Allahverdiyevə məxsus mağazada aparılan yoxlama zamanı müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsullarının satıldığı müəyyən olunmuşdu.

Bununla əlaqədar, həmin sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun 9-cu maddəsinin tələblərini pozduğuna görə, Eldar Allahverdiyevə 2,7 min manat maliyyə sanksiyası tətbiq edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.

Xəbər lenti

Xəbər lenti